Bakı. Trend:
ABŞ-nin prezidenti Donald Tramp Ukraynalı həmkarı VolodimirZelenski ilə gələn həftə Nyu-Yorkda keçiriləcək BMT BaşAssambleyasının 80-ci sessiyası çərçivəsində görüşə bilər.
Trend xəbər verirki, bunu ABŞ dövlət katibi Marko Rubio Tel-Əvivdən Dohaya yollananzaman jurnalistlərə verdiyi açıqlamada deyib.
“Prezident Trampın Zelenski ilə bir neçə telefon danışığı vəgörüşü olub, yəqin ki, onlar bir daha gələn həftə Nyu-Yorkdagörüşəcəklər”, -deyə Amerika diplomatiyasının rəhbəri bildirib.