EN

Vəkil haqqında intizam tədbirlərinin tətbiqi qaydalarına dəyişiklik edilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vəkil haqqında intizam tədbirlərinin tətbiqi qaydalarına dəyişiklik edilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, vəkillər haqqında intizam tənbehi intizam pozuntusunun aşkar edildiyi gündən bir il, törədildiyi gündən isə iki il müddətində (hazırda bu müddət müvafiq olaraq altı ay və bir ildir) tətbiq edilə biləcək.
Dəyişikliyə əsasən, Vəkillərin İntizam Komissiyası intizam icraatının başlandığı gündən üç ay müddətində vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edir.
Əlavə araşdırmanın aparılmasına zərurət yaranarsa, həmin müddət 3 ayadək uzadıla bilər.
Həmçinin Vəkillərin İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkilə xəbərdarlıq, töhmət, üzvlük haqqının 10 misli həcmində cərimə tətbiq edə bilər.
Eyni zamanda "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun 9-cu maddəsində göstərilən hüquqpozmalara təkrarən yol verilməsinə və ya vəkil etikasına dair tələblərin üç dəfədən artıq pozulmasına görə pozuntunun dərəcəsindən və vəkilin peşəkarlıq səviyyəsindən, stajından, əvvəllər intizam tənbehi alıb-almamasından asılı olaraq üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması, vəkil adına ləkə gətirməklə vəkil peşəsinin nüfuzuna xələl gətirən hərəkətə yol verilməsinə və ya icraatında olan işlə bağlı normativ hüquqi aktların tələblərini kobud və ya mütəmadi olaraq pozmaqla təmsil etdiyi şəxsin maraqlarına ziyan vurulmasına görə Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə də intizam tənbehləri sayılacaq.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin intizam tənbehi barədə qərarından bir ay müddətində məhkəməyə şikayət verilə bilər. Vəkillərin İntizam Komissiyasının səlahiyyət müddəti isə 5 il olacaq.
Chosen
14
7
oxu.az

10Sources