“Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi “Azərbaycan və Özbəkistanın Mədəni irsi” layihəsinin icrasını başa çatdırıb.
Kulis.az xəbər verir ki, sentyabrın 7-9-da layihə çərçivəsində Səmərqənddə forum və bir sıra digər tədbirlər keçirilib.
Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.