EN

Qohum evindən 60 min oğurladı - Özünə maşın aldı

Sabirabadın Moranlı kəndindəki fərdi yaşayış evlərinin birindən içərisində külli miqdarda pul olan seyf və qızıl-zinət əşyaları oğurlanıb.


Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Kənd sakini Araz Qarayev qohumunun evinə qanunsuz daxil olaraq oradan 2500 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də içərisində 39 500 manat və 12 000 ABŞ dolları (20 400 manat) olan seyfi oğurlayıb.

Oğurluq yolu ilə əldə etdiyi pulların əksəriyyətini xərcləyən A.Qarayev vəsaitin bir qismi ilə minik avtomobili alıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Chosen
75
37
manset.az

10Sources