EN

Rusiyanın komandanlıq məntəqələri vurulub

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sentyabrın 8-də və avqustun 28-də Rusiya ordusunun Donetsk vilayətindəki komanda məntəqələrinə endirdiyi zərbələrin nəticələrinə aydınlıq gətirib.Reyting.az bildirir ki, bu barədə Baş Qərargahın “Teleqram” kanalında məlumat verilib.“Rusiya Federasiyası Quru Qoşunlarının “Mərkəz” qoşun qrupunun (qüvvələrinin) və 41-ci birləşmiş silahlı ordusunun komanda məntəqələri Ukrayna Silahlı Qüvvələrinin digər hərbi birləşmələri ilə əməkdaşlıq çərçivəsində raket və artilleriya, Hərbi Hava Qüvvələri, Pilotsuz Sistem Qüvvələrinin qüvvə və vasitələri ilə vurulub”, - Baş Qərargahdan bildiriblər.Məlumata görə, avqustun 28-də Rusiya qoşunlarının bu istiqamətdəki komanda məntəqələrinə Rusiya Federasiyasının Müdafiə naziri Andrey Belousov baş çəkib və onun səfərindən az sonra işğalçı ordunun komandanlığının qeyd olunan yerləri uğurla vurulub.“Bu hərbi hədəflərə endirilən zərbələr Rusiya Silahlı Qüvvələrinin bölmə və bölmələrinə nəzarəti əhəmiyyətli dərəcədə pozur”, - Baş Qərargah izah edib.V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
reyting.az

2Sources