EN

Aİ Avropa tarixində ən böyük əməliyyatı Yunanıstanda keçirib – “Politico”

Aİ Yunanıstanda Avropa tarixində ən böyük əməliyyatı həyata keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Politico” mçumat yayıb.

Avropa Prokurorluğu Yunanıstanın Pirey limanında Çindən qanunsuz idxal edilən 2.435 konteyner malı müsadirə edib.

Nəşr xəbər verir ki, bu, Avropa İttifaqı tarixində indiyədək aparılmış ən böyük əməliyyatdır.

Məlumata görə, konteynerlərdə əsasən elektrik velosipedləri, tekstil və ayaqqabı olub.

İstintaqın versiyasına görə, qanunsuz idxal sxemi ən azı 8 il fəaliyyət göstərib və Aİ büdcəsinə təqribən 800 milyon avro zərər vurub.

Cinayət işi çərçivəsində 6 nəfərə, o cümlədən iki gömrük əməkdaşına ittiham irəli sürülüb.

Prokurorluq onların saxta sənədlər hazırlayaraq malların qeyri-qanuni idxalına şərait yaratdığını bildirir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
28
interpress.az

1Sources