Fransa millisinin sabiq üzvü, əfsanəvi futbolçu Tyeri Anri “Qarabağ”dan danışıb.
"Cebheinfo.az" xəbər verir ki, o, Azərbaycan klubundan Çempionlar Liqasında bu gün “Benfika”ya qarşı keçirəcəyi oyunda sürpriz gözlədiyini bildirib:
“Bu gün Çempionlar Liqasında iki komandadan sürpriz gözləyirəm. Biri “Qarabağ”dır, digəri “Marsel”. Hər iki komandanın səfərdə xalla qayıdacağını düşünürəm”.
Qeyd edək ki, “Benfika” – “Qarabağ” matçı bu gün saat 23:00-da başlayacaq.
"Cebheinfo.az"