EN

"Qarabağ"a qarşı fərqli strategiya tətbiq edəcəyik"

Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”ı qəbul edəcək “Benfika”nın baş məşqçisi Bruno Laji və hücumçu Vangelis Pavlidis qarşıdakı oyunla bağlı gözləntilərini bölüşüblər.

"Qarabağ"ın mövqe taktikası fərqlidir, ona görə də strategiya və matçın özü tamamilə fərqli olacaq.

Çempionlar Liqasındakı məqsədimiz bəllidir: harada və nə vaxt oynayırıqsa, qalib gəlməli və yaxşı futbol nümayiş etdirməliyik", - Laji deyib.

Pavlidis də baş məşqçini dəstəkləyib:

"Çempionlar Liqasına qələbə ilə başlamaq və həmişə olduğu kimi, hücum futbolu oynamaq, bununla da üç xal almaq istəyirik. Bunu Azərbaycan komandasına qarşı da göstərəcəyik".

“Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-da “Estadio da Luz” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Chosen
29
sportinfo.az

1Sources