EN

Qarlı və yağışlı havalarda işə gələ bilməyən işçinin hüquqları necə qorunur?

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Yağışlı havalar başlayıb, qarşıdan isə daha soyuq, qarlı havalar gəlir. Belə olduqda, bir sıra problemlər də ortaya çıxır.

Məsələn, qarlı və yağışlı havalarda işə gələ bilməyən işçinin hüquqları necə qorunur?

Qanun bu barədə nə deyir?

Hüquqşünas Rəşad Səfərov bu barədə Gununsesi.info-ya açıqlama verib.

Onun sözlərinə görə, qarlı, yağışlı və digər əlverişsiz hava şəraitində işçinin işə gələ bilməməsi əmək qanunvericiliyində birbaşa ayrıca tənzimlənməyib.

“Lakin məsələ bir neçə hüquqi mexanizmlə qiymətləndirilə bilər Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçinin üzrlü səbəbdən işdə olmaması anlayışı var (məsələn, yolun bağlanması, təbii fəlakət və ya fövqəladə hava şəraiti). Bu halda işçi işə gəlmədiyinə görə intizam məsuliyyəti daşımalı deyil. Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçilərin həyat və sağlamlığı üçün təhlükəli vəziyyət olduqda (məsələn, sel, qar fırtınası, buzlu yollar), işəgötürən onların işə gəlməməsini nəzərə almalı və təhlükəsizliyi təmin etməlidir.

Hava şəraiti nəticəsində yolların bağlanması, nəqliyyatın iflic olması halları fors-major hesab edilə bilər. Bu zaman işçi işə gəlmədiyi üçün cərimələnə, işdən azad edilə və ya intizam tənbehinə məruz qalmamalıdır.

Əgər işçi işə gəlməyibsə və məsələ qanuni əsaslı “üzrlü səbəb” kimi təsdiqlənibsə, iş günü işlənmiş vaxt kimi ödənilmir, lakin işçi intizam məsuliyyətinə cəlb olunmur. Əməkdaş işəgötürənlə razılaşaraq həmin günü məzuniyyət günündən çıxara, sonradan işləyərək kompensasiya edə və ya uzlaşma yolu ilə ödənişli dayandırma əldə edə bilər. İşəgötürən fövqəladə hava şəraiti səbəbilə işçilərin təhlükəsizliyini təmin etməlidir. Əks halda, işçilərin məcburi qaydada işə çağırılması və yol şəraitində təhlükəyə məruz qoyulması qanun pozuntusu sayıla bilər”.

Afət

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
icma.az

1Sources