EN

Pezeşkian Şahbaz Şəriflə nəyi müzakirə etdi? - Təfərrüat

Prezident Məsud Pezeşkian İran və Pakistanın qarşılıqlı razılaşmaların həyata keçirilməsini sürətləndirməsi və asanlaşdırmasının vacibliyini vurğulayıb.

İran prezidenti Məsud Pezeşkian Dohada keçirilən fövqəladə Ərəb-İslam Zirvə toplantısı çərçivəsində Pakistanın baş naziri Şahbaz Şəriflə görüşüb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, görüşdə iki xalq arasında əməkdaşlıq, xüsusilə də sərhəd əməkdaşlığı üçün müxtəlif və əhəmiyyətli potensiala vurğu edilərək, bu imkanların reallaşdırılmasının hər iki ölkə və daha geniş region üçün faydalı olacağı bildirilib.

Pakistanın müsəlman qardaşlarına yardımda tarixi rolunu vurğulayan Pezeşkian qeyd edib ki, İsrail rejiminin qəddar hərəkətlərinə qarşı durmağın yeganə yolu islam xalqlarının birliyi, vahid mövqe və əməli tədbirlərdən keçir.

Öz növbəsində, Baş nazir Şərif iki ölkə arasında bütün razılaşmaların icrasını izləmək üçün şəxsi öhdəliyini təsdiqləyib. O qeyd edib ki, əməkdaşlığın inkişafının sürətləndirilməsi və asanlaşdırılması üçün müvafiq dövlət rəsmilərinə tapşırıqlar verib.

Şərif həmçinin İsrail rejiminin törətdiyi davam edən və artan cinayətlərə toxunaraq bildirib ki, İslam ölkələri bu vəhşiliklərə qarşı tutarlı və vahid mövqe nümayiş etdirməlidir. O, bu cür təcavüzlərin təkrarlanmaması üçün İslam xalqları arasında kollektiv fəaliyyətə çağırıb.

Chosen
35
1
modern.az

2Sources