EN

"SİMA İmza" tətbiqinin yüklənilmə sayı 5 milyonu ötüb

"SİMA İmza" mobil tətbiqinin yüklənilmə sayı cari ilin ilk səkkiz ayında 2 milyona yaxın artaraq 5 milyonu ötüb.

Hazırda təhsil, səhiyyə, vergi, gömrük, ədliyyə, məşğulluq, maliyyə və digər sahələrdə "SİMA İmza"dan gündəlik istifadə edilir. Yeni nəsil rəqəmsal imzanı öz xidmətlərinə inteqrasiya etmiş qurumların sayı isə 90-a yaxındır.

Təkcə, "mygov ID" üzərindən 200-dən çox hökumət portalına "SİMA İmza" vasitəsilə daxil olmaq mümkündür. Bu isə vətəndaşlara elektron xidmətlərdən daha rahat, çevik və etibarlı şəkildə yararlanmaq imkanı yaradır.

"SİMA İmza" haqqında

SİMA yeni nəsil rəqəmsal imzanı AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC 2022-ci ildə yaradıb. Rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən "SİMA İmza" mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir. "SİMA İmza" vətəndaşlar üçün tam ödənişsizdir. "SİMA İmza"nın vətəndaş, fərdi sahibkar, hüquqi şəxs və dövlət qurumu həlli artıq istifadəyə verilib. Hazırda sahibkarlar və hüquqi şəxslər "SİMA İmza" tətbiqində "6AYPULSUZ" promokodu ilə sahibkar imzasından 6 ay müddətinə ödəniş etmədən istifadə edə bilərlər.

Ətraflı məlumat üçün:

157

sima.az

Chosen
47
11
bakivaxti.az

10Sources