EN

İƏT-in son sammitinin Azərbaycanda yüksək səviyyədə keçirilməsi bu kollektivin iradəsini nümayiş etdirdi – İran xarici işlər naziri

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlətbaşçılarının son sammitinin Azərbaycanda yüksək səviyyədəkeçirilməsi bu kollektivin iradəsini nümayiş etdirdi.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri SeyidAbbas Araqçi bu gün (16 sentyabr) Tehranda keçirilən “İran vəİqtisadi Əməkdaşlıq Təşkilatı” 2-ci milli konfransında deyib.

Onun sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) dünyaiqtisadiyyatı, geosiyasi problemlər, sürətli texnolojidəyişikliklərlə qarşılaşmada regional sabitlik, davamlı inkişaf vəbirgə rifah istiqamətində səylərin birləşdirilməsi üçün uyğun imkanhesab olunur.

Araqçi deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 2035-ci ilperspektivi reallığa əsaslanmalı, praktiki mümkünlüyü və sınanmasımümkün olmalıdır. Bu təşkilat gələn 10 il ərzində çiçəklənməistiqamətində hərəkət edə bilər.

Xatırladaq ki, İƏT-in 17-ci sammiti iyul ayında Xankəndidəkeçirilib.

Qeyd edək ki, “İran və İqtisadi Əməkdaşlıq Təşkilatı” 2-ci millikonfransı bu gün Tehranda İƏT baş katibi, İƏT-ə üzv ölkələrin daiminümayəndələrinin iştirakı ilə işə başlayıb.

Əlavə edək ki, Pakistan, Türkiyə, İran, Əfqanıstan, Tacikistan,Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstanİqtisadi Əməkdaşlıq Təşkilatının 10 üzvüdür.

Məqalədə:
Chosen
39
az.trend.az

1Sources