EN

Trampdan rekord təzminat davası: 15 milyard dollar tələb edir

Turkstan.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ prezidenti Donald Tramp “The New York Times” qəzetini böhtan və qarayaxmada ittiham edərək, ona qarşı 15 milyard dollarlıq məhkəmə iddiası qaldırdığını bildirib.

Turkustan.az xəbər verir ki, Tramp Truth Social hesabında paylaşdığı açıqlamada qəzetin onilliklərdir onun, ailəsinin və biznesinin nüfuzuna zərər vurmaq məqsədilə yalan xəbərlər yaydığını iddia edib.

O, qəzetin ABŞ-ın keçmiş vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harrisə açıq dəstəyini də tənqid edərək, bunu “indiyə qədər verilmiş ən böyük qeyri-qanuni seçki yardımı” adlandırıb.

Tramp bildirib ki, “The New York Times” uzun illərdir sistemli şəkildə yalan və böhtana əsaslanan kampaniya aparır və bu səbəbdən məsuliyyət daşımalıdır. O əlavə edib ki, daha əvvəl ABC və CBS kimi media qurumlarına qarşı açılmış məhkəmə işlərində uğur qazanıblar.

Davanın Floridada açıldığını qeyd edən Tramp, “Bu qarayaxma kampaniyası artıq sona çatmaq üzrədir,” – deyə vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
icma.az

1Sources