EN

Bir vaxtlar “Zenit”də oynayan ukraynalı futbolçu Rusiya klubunu təhqir etdi VİDEO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynalı futbolçu, Sankt-Peterburq “Zenit”inin sabiq üzvü Vladislav Rakitski Rusiyada keçirdiyi karyera dövrü ilə bağlı sualı cavablandırarkən keçmiş komandası barədə təhqiredici açıqlama verib.Bizim.Media xəbər verir ki, bu barədə “Mash Sport” nəşri yazıb.Belə ki, o, “Ukrayna milli komandasında çağırılmamasını Rusiyada oynaması ilə əlaqələndirir?” sualına cavabında “Zenit” haqda sərt sözlər işlədib.Xatırladaq ki, Rakitski “Zenit”də 2019–2022-ci illərdə çıxış edib. O, 2022-ci ilin fevralında “ağır ailə vəziyyəti” ilə əlaqədar klub ilə müqaviləsini pozub.

 

2022-ci ilin fevralında FIFA və UEFA Rusiyanın milli komandası və klublarını turnirlərdən uzaqlaşdırıb. Bunun nəticəsində Rusiya klubları Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasına buraxılmayıb, kişilərdən ibarət milli komanda isə 2022-ci il Dünya Çempionatına seçilmək imkanını itirib. Eyni zamanda, Rusiya futbolçuları 2024 Avropa Çempionatında iştirak etməyib və 2026 Dünya Çempionatının (ABŞ, Meksika və Kanada) püşkatmasına buraxılmayıb.

Bundan əvvəl Rakitski Rusiyada çıxış etdiyi üçün üzrxahlıq etmişdi.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
1
bizim.media

2Sources