EN

Cənubi Koreya ilə ABŞ arasında tarif sazişi danışıqları nəticəsiz qaldı

Seul ilə Vaşinqton arasında tarif sazişi üzrə danışıqlar dalana dirənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya prezident administrasiyasına istinadən məlumat yayıb.

Administrasiyanın adını açıqlamayan rəsmisi bildirib: “İlk dəfədir ki, müəyyən bir ölkə ilə danışıqlar bu qədər uzun müddətdir ki, dalana dirənir, biz çətinliklər yaşayırıq. Biz milli maraqları ön planda tutaraq danışıqlar aparırıq”.

Rəsminin sözlərinə görə, prezident Li Çje Myonq “hökumət üzündən itkilərlə üzləşən şirkətlərə qəti şəkildə qarşıdır” və “istənilən halda ABŞ-a təslim olmağı mümkün hesab etmir”.

O qeyd edib ki, dövlət başçısı sazişi mümkün qədər tez bağlamaq istəyir, lakin Koreya şirkətlərinin maraqları ilə bağlı məsələlərdə vaxt amilinə görə güzəştə getməyəcək.

Hazırda Cənubi Koreya məhsullarına 25% gömrük rüsumu tətbiq olunur. İyul ayında əldə olunan ilkin razılığa əsasən, Vaşinqton bu rüsumu 15%-ə endirməyə razılaşıb.

Bunun müqabilində Koreya Respublikası ABŞ iqtisadiyyatına 350 milyard dollar sərmayə qoymağı, həmçinin 100 milyard dollar dəyərində enerji resursları almağı öhdəsinə götürüb.

Chosen
14
1
operativmm.az

2Sources