EN

“Formula 1” turistlərinin dövriyyəsi Azərbaycanda 85% artıb

2024-cü ildə "Formula 1" yarışları zamanı Azərbaycana gələn turistlərin həyata keçirdiyi dövriyyə 2023-cü illə müqayisədə 85 % artıb.Metbuat.az xəbər verir ki, bunu “Mastercard"ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov şirkətinin beynəlxalq idman tədbirlərinin ölkə iqtisadiyyatına təsiri, iqtisadi göstəricilər və ölkə üzrə "Mastercard" fəaliyyətinə dair proqnozlar mövzusunda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, artımda turistlərin alış-verişləri böyük rol oynayıb: "Belə ki, gələn turist sayı 87 %, onların həyata keçirdiyi dövriyyə 85 %, əməliyyat sayı isə 77 % artıb".

E.Zeynalov qeyd edib ki, grand-pri zamanı otel xərcləmələri isə 127 % artıb: "Restoran xərcləri isə 141 % artıb. Ölkələr üzrə kateqoriyalara baxsaq, Türkiyədən gələn turistlərin otel xərcləri 3 dəfə, Böyük Britaniyandan gələn turistlərin restoran xərcləri isə 4 dəfə artıb. Əlbəttə bu ,iqtisadi bir fürsətdir. Bu cür idman tədbirləri sadəcə tədbir deyil, ölkə üçün böyük iqtisadi fürsətdir və rəqəmsallaşma imkanı yaradır".

Chosen
32
1
metbuat.az

2Sources