EN

Caei il ərzində müxtəlif peşə ixtisasları üzrə ümumilikdə 226 müraciət daxil olub - Sədr

Bakı. Trend:

Cari il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyininfəaliyyət istiqamətinə uyğun olaraq qeyri-formal və informaltəhsilin tanınması (QFİTT) sahəsində müxtəlif peşə ixtisasları üzrəAgentliyə ümumilikdə 226 müraciət daxil olub.

Trend xəbərverir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin(TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, qeyd edilən peşələr“Aşpaz,“Qənnadçı-şirniyyatçı”, “Bərbər-vizajist-manikürçü”,“Bərbər”, “Dərzi”, “Kompüter operatoru”, “Avtomobil mühərriklərininyığıcısı”, “Mühafizəçi”, “Zərgər”, “Elektrik qaz qaynaqçısı” və“Təmirçi-çilingər olub: “
Müraciət edən vətəndaşlardan 200 nəfəri
tərəfimizdən ilkin mərhələ olan nəzəri imtahanlara cəlb olunub.Onlardan 167 nəfəri məqbul, 33 nəfəri isə qeyri-məqbul nəticəgöstərib. Növbəti mərhələdə praktiki imtahanlara cəlb olunan 145nəfərdən 138 nəfəri uğurlu nəticə göstərərək müvafiq peşə sənədiəldə edib, 7 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Hazırda 22nəfər praktiki imtahanı gözləmə mərhələsindədir.
Qeyd edək ki, QFİTT üzrə qiymətləndirmə və tanınma aşağıda qeydolunan müxtəlif qurumlarla birgə əməkdaşlıq və layihələrçərçivəsində, həmçinin şəxsi vəsait hesabına həyata keçirilib”.

Chosen
22
az.trend.az

1Sources