EN

53 yaşlı Zidan Fransa millisinə baş məşqçi təyin olunacaq

“Real Madrid”in keçmiş baş məşqçisi Zinəddin Zidan tezliklə Fransa millisinin baş məşqçisi kimi futbola qayıdacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb. 

Məlumata görə, artıq Fransa Futbol Federasiyası onunla ilkin razılığa gəlib. Hazırkı baş məşqçi Didye Deşam 2026-cı il dünya çempionatının sonuna kimi komanda ilə işləməyə davam edəcək, bundan sonra o, postunu tərk edəcək.  Sezar pizza

O da qeyd olunur ki, 53 yaşlı Zidan məşqçilik fasiləsi zamanı bütün diqqətini yalnız Fransa millisinə cəmlədiyi üçün müxtəlif klublardan gələn bir sıra təklifləri rədd edib. 


Telegram kanalımız
Chosen
35
2
yenisabah.az

3Sources