EN

"Emmy" sahibləri açıqlandı - SİYAHI

Film və televiziya sahəsində ən yaxşıların mükafatlandırıldığı "Emmy" mərasimi baş tutub.

Far.Az xəbər verir ki, komediyaçı Neyt Barqatzenin aparıcılığını etdiyi mərasim artıq 77-ci dəfə təşkil edildi. Bir çox ulduz mükafata layiq görüldü.

"The Studio" adlı serial 13 mükafata layiq görülüb. Bununla da ekran işi tarixi rekord qırıb.

Aktyor Set Roqen "Ən yaxşı aktyor" nominasiyasında qalib olub. O "Ən yaxşı aktyor" mükafatını "The Studio" serialında iştirakına görə alıb.

"Adolescence" serialı 8 kateqoriyada mükafata layiq görülüb. Rejissor Filip Barantini "Adolescence" mini serialına görə "Ən yaxşı rejissor" nominasıyasının qalibi olub.

"The Pitt" serialı isə 5 kateqoriyada "Emmy"yə layiq görülüb. Ekran işi "Ən yaxşı dram" janrında mükafat da alıb.

Aktrisa Cin Smart komediya serialında "Ən yaxşı aktrisa" nominasiyasında qalib olub.

Qaradərili aktyor Tramell Tillman ikinci mövsümü 2025-ci ildə çıxan "Bölün" serialındakı roluna görə "Dram serialında ən yaxşı ikinci plan aktyoru" mükafatını qazanıb.

Aktrisa Keti Beyts eyni serialdakı roluna görə "Dram serialında ən yaxşı aktrisa" kimi tanınıb.

Aktyor Noa Vayl "The Pitt" serialındakı roluna görə həyatındakı ilk "Emmy"sini qazanıb.

Adam Randall "Slow Horses" adlı seriala görə "Ən yaxşı rejissor", Dan Gilroy "Andor" adlı ekran işinə görə "Ən yaxşı senari müəllifi" mükafatını qazanıblar.

Kristin Milioti "Ən yaxşı aktrisa", Stefan Qraham "Ən yaxşı aktyor" nominasiyalarında qalib olublar.

15 yaşlı Oun Kuper isə "Adolescence" serialındakı roluna görə "Emmy" alıb. O bu mükafatı alan ən gənc aktyor kimi tarixə düşüb.

Chosen
24
1
far.az

2Sources