EN

2026-cı il üzrə icmal büdcənin gəlirləri və xərcləri məlum oldu

2026-cı ildə icmal büdcənin gəlirləri 44 milyard 825.3 milyon manat səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisinə nəzərən 874.7 milyon manat və ya 2 faiz artım deməkdir.

Bu barədə Marja.az Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamaya istinadən xəbər verir.

İcmal büdcə xərcləri isə növbəti ildə 48 milyard 683.1 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 53.7 milyon manat və ya 2,2 faiz çoxdur.

2026-cı il üzrə icmal büdcədə 3 milyard 857.8 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılmışdır.

İş axtarmaq heç vaxt bu qədər həyəcanlı olmayıb! Hər gün yeni vakansiyalar, maaşı yüksək, etibarlı elanlar - AzVak.az-da. İndi bax, fürsəti qaçırma!

Chosen
45
1
marja.az

10Sources