EN

Mühəndislik ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir RƏSMİ

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 16 sentyabr, AZƏRTAC

Mühəndislik ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi cəmi 21 faiz təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov sentyabrın 16-da keçirilən brifinqdə deyib. O bildirib ki, TKTA-nın sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 23-də mühəndislik ixtisası üzrə keçirilən peşə imtahanının nəticələrinə əsasən, ümumilikdə 13 ixtisas göstəricisinə görə 89 nəfər imtahanda iştirak edib: “Onlardan yalnız 19 nəfəri (21 faizi) uğurlu nəticə göstərib, digər 70 nəfəri isə (79 faizi) uğursuz olub.

Xüsusən də həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə 23 nəfərdən yalnız 1-i (4 faiz) uğurlu olub, 22 nəfər isə (96 faiz) uğursuz nəticə əldə edib. Yanğın təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə imtahanda iştirak edən 31 nəfərdən cəmi 4-ü uğurlu (12 faiz) nəticə göstərib, digər 27 nəfər (88 faiz) isə uğursuz olub”.

Tural Əhmədov qeyd edib ki, uğursuz nəticələrin əsas hissəsi Ukrayna, Belarus və Rusiyanın ali təhsil müəssisələrinin məzunlarının payına düşür: “Bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
8
azertag.az

10Sources