EN

Ərazi vahidlərinin adlandırılması ilə bağlı yeni QAYDA

Ərazi vahidlərinə ad verilməsi zamanı dövlət dilinin normaları nəzərə alınacaq.

Veteninfo.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Təklif edilən dəyişikliklə prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi zamanı dövlət dilinin normaları da nəzərə alınacaq.

Chosen
1
15
veteninfo.az

10Sources