EN

“Mançester Yunayted” Elliotla maraqlanır

“Nottingem Forest”in futbolçusu, 22 yaşlı yarımmüdafiəçi Elliot Anderson başqa kluba transfer oluna bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" “Football Insider”ə istinadən xəbər verir ki, futbolçu ilə “Mançester Yunayted” maraqlanır.

Bununla belə, Anderson hazırkı klubunda qalmaq istədiyini bildirib.

O, bu mövsüm 4 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” onun dəyərini 32 milyon avro qiymətləndirir.

Andersonun “Nottingem Forest”lə müqaviləsi 2029-cu ilin iyununda başa çatır.

Chosen
20
operativmm.az

1Sources