EN

"Azərbaycan torpaqlarında heç bir təxribat, silahlı müqavimət və qanunsuzluq cəhdinə göz yumulmayacaq" - DEPUTAT

"Azərbaycan torpaqlarında heç bir təxribat, silahlı müqavimət və qanunsuzluq cəhdinə göz yumulmayacaq" - DEPUTAT"Xankəndi şəhərində baş verən son hadisə, erməniəsilli Karen Avanesyanın silahlı təxribat cəhdi hər birimizdə ciddi narahatlıq və dərin təəssüf hissi yaratdı. Narahatlığımız ondan ibarətdir ki, orada xidmət edən hər bir vətən övladının həyatı, sağlamlığı bizim üçün qiymətlidir. Eyni zamanda iki ildir heç bir həyati təhlükə yaşamadan və bütün zəruri ehtiyacları lazımı səviyyədə təmin edilən erməni əsilli şəxslərdən birinin bu cür namərdcəsinə təxribata cəhd etməsi haqlı olaraq dərin təəssüf hissi doğurur.
Lakin, Azərbaycanın suverenliyinə, təhlükəsizliyinə qarşı yönələn hər hansı silahlı çıxış cəhdinə güc strukturlarımız həmişə olduğu kimi, qətiyyətlə cavab verir və verəcəkdir".

Bu sözləri Sonxeber.az Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamısnda qeyd etdi ki, hadisə zamanı öz xidməti borcunu yerinə yetirən polis əməkdaşımızın yaralanması bizi kədərləndirsə də, bu, həm də Azərbaycan polisinin peşəkarlığının, dövlətə və xalqa sədaqətinin bariz nümunəsidir:

"Onların çevik və fədakar fəaliyyəti nəticəsində potensial terror aktının, günahsız insanların həyatının təhlükə altına düşməsinin qarşısı alınıb.

Bu hadisə bir daha təsdiq edir ki, dövlətimizin qanunları hər kəs üçün birmənalıdır və Azərbaycan torpaqlarında heç bir təxribat, silahlı müqavimət və qanunsuzluq cəhdinə göz yumulmayacaq. Azərbaycan hüquq-mühafizə orqanlarının bu istiqamətdə göstərdiyi prinsipial mövqe dövlətimizin gücünün və hüququn aliliyinin göstəricisidir.

Separatizm və terrorizmin hər hansı formasına qarşı dövlətimizin və xalqımızın mövqeyi aydındır: qanun qarşısında hamı bərabərdir, heç bir cinayət məsuliyyətsiz qalmayacaq.

Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, əmin-amanlığı və ölkəmizin suverenliyi hər şeydən üstün tutulur və dövlətimiz bu prinsipə bundan sonra da sadiq qalacaqdır".

Vüsalə İbrahimli

Chosen
20
sonxeber.az

1Sources