EN

Milli Məclisin komitə iclası keçirilir

Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasının ilk iclası keçirilir.
 
Moderator.az xəbər verir ki, komitənin gündəliyinə üç məsələ daxil edilib.
 
Bunlar Milli Məclisinin 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və o cümlədən komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi daxildir.
 
Həmçinin “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsi də bugünkü iclasda müzakirəyə çıxarılıb.
Chosen
9
1
moderator.az

2Sources