EN

"Arsenal"da ciddi itkilər: Ulduzlar oynamayacaq

"Arsenal"ın kapitanı Martin Edeqor və komandanın digər aparıcı futbolçuları Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda "Atletik"lə səfər oyununda iştirak edə bilməyəcəklər.

Publika.az xəbər verir ki, bu barədə baş məşqçi Mikel Arteta məlumat verib.

"Təəssüf ki, Qabi (red- Qabriel Jezus), Kay (Haverts), Ben (Uayt) və Martin (Edeqor) hələ hazır deyillər. Hesab edirəm ki, Sakanın meydana qayıtması üçün hələ çox iş görmək lazımdır. Hazır olacağı vaxt barədə danışmaq üçün tezdir".

"Arsenal" sentyabrın 16-da səfərdə Bilbao "Atletik"inə qarşı oynayacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Chosen
26
publika.az

1Sources