Bakı. Trend:
2 sentyabr tarixində Gənclər və İdman Nazirliyi, Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişafAgentliyinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı iləAzərbaycan gənclərindən ibarət komanda Hindistanın Noida şəhərindədünyanın ən böyük robotexnika çempionatı- “TechnoXian World Cup9.0” da iştirak edib.
Komanda yarışda yüksək nəticələr nümayiş etdirərək qızıl vəgümüş medallara layiq görülüb. Belə ki, dünyanın müxtəlifölkələrindən 12 min finalçının iştirak etdiyi mötəbər yarışmadaAzərbaycan komandası Qrand Çempionat – Dron Yarışı (PUA) üzrə dünyaçempionu titulunu qazanıb, RC Craft (Aviamodelizm) üzrə isə dünyaikincisi olub. Bundan əlavə, gənclərimiz ölkəmizi 8 komanda ilətəmsil edərək Azərbaycanın adını beynəlxalq arenada bir dahayüksəldib. Çempionat çərçivəsində Azərbaycanlı gənclər tərəfindəntəqdim edilən ideya və texnoloji həllər beynəlxalq münsiflər vəizləyicilər tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan komandasının sözügedən yarışda əldəetdiyi uğurlar ölkənin robotexnika və süni intellekt sahəsindəyüksələn gücünü və bu istiqamətdə atılan addımların müsbətnəticələr verdiyini bir daha təsdiqləyir.