EN

Döş xərçəngi və irsi riskləri - DiQQƏTLİ OLUN

Döş xərçəngi ilə bağlı ən çox verilən sual budur: “Bu xəstəlik irsi ola bilərmi?” Əksər insanlar bunun cavabını bilmir və nəticələr sizi təəccübləndirə bilər.

E-saglam.az xəbər verir ki, elmi araşdırmalara əsasən, döş xərçənginin böyük əksəriyyəti irsi olmasa da, bəzi gen mutasiyaları riskinizi əhəmiyyətli dərəcədə artıra bilər.Əksər hallarda döş xərçəngi həyat boyu yaranan gen dəyişikliklərindən qaynaqlanır və irsi deyil. Amma halların təxminən 5–10%-i irsi gen mutasiyaları ilə bağlıdır.

Ən çox tanınan genlər:

BRCA1 və BRCA2 – İrsi döş xərçənginin ən çox yayılmış səbəbləridir.

Qadınlarda ömür boyu risk 45–72%-ə qədər arta bilər.

Həmçinin yumurtalıq, pankreas və prostat xərçəngi riskini də yüksəldir.

PALB2 – Risk 70 yaşına qədər 35%-ə çata bilər.

TP53 – Li-Fraumeni sindromu ilə bağlıdır, müxtəlif xərçəng növləri riskini artırır.

PTEN, ATM, CDH1 və digər genlər də müəyyən risklərlə əlaqələndirilir.

Genetik mutasiyalar necə ötürülür? 

Çox vaxt otozomal dominant şəkildə miras alınır. Bu halda valideynlərdən biri mutasiyaya sahibdirsə, ötürülmə şansı 50%-dir.

Xəstəlik və ya ailə tarixçəsi güclü risk faktorudursa, genetik test tövsiyə olunur.

Testlər əsasən qan nümunəsi ilə aparılır.

Müsbət nəticə – genetik mutasiya var, risk daha yüksəkdir.

Mənfi nəticə – mutasiya aşkarlanmayıb, amma sıfır risk demək deyil.

Kimlər Testi Düşünə bilər?

Ailəsində gənc yaşda döş və ya yumurtalıq xərçəngi olanlar

İkitərəfli döş xərçəngi diaqnozu qoyulanlar

Ailəsində kişi döş xərçəngi halları olanlar

BRCA mutasiyası daşıyanlarla qohum olanlar

60 yaşından əvvəl üçqat mənfi döş xərçəngi olanlar

Profilaktika və Tövsiyələr

Sağlam çəki saxlamaq

Fiziki aktiv olmaq (həftədə 150–300 dəq orta və ya 75–150 dəq güclü fəaliyyət)

Alkoqol qəbulunu azaltmaq

Uşağı əmizdirmək

Hormonal terapiyadan çəkinmək və alternativlərə üstünlük vermək

Beləliklə, əsas mesaj budur ki, döş xərçənginin əksəriyyəti irsi deyil, lakin BRCA1, BRCA2 və digər gen mutasiyaları risk faktorudur. Genetik testlər ailə tarixçəsi olanlar üçün mühüm addımdır və vaxtında tədbir görmək həyat qurtara bilər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
26
e-saglam.az

1Sources