EN

Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək

Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən xəbərə görə, tutulma hadisəsi sentyabrın 21-i saat 21:29-da başlayıb, sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.

Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktida da görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

Chosen
12
48
yeniazerbaycan.com

10Sources