Bakı. Trend:
Bu gün səhər saatlarında İranın cənub-şərqində yerləşən Sistanvə Bəluçestan vilayətində 2 polis əməkdaşı öldürülüb, bir polisəməkdaşı isə yaralanıb.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
Məlumata görə, Sistan və Bəluçestan vilayətinin Xaş-Zahidanmagistral yolunda polis avtomobilinə naməlum silahlılar atəşaçıblar.
Naməlum silahlılar hadisə yerindən qaçıblar. Onların tapılmasıüçün əməliyyat-axtarış tədbirləri başlanıb.