EN

Qazaxıstanla Azərbaycan arasında İkiqat vergitutmanın aradan qaldırılmasına dair danışıqlar aparılıb

Bakı. Trend:

Qazaxıstan Respublikasının Astana şəhərində “AzərbaycanRespublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasındagəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanınaradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasıhaqqında Konvensiya” layihəsi üzrə növbəti danışıqlarkeçirilib.

Trend Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki,Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyininsəlahiyyətli nümayəndəsi, Qazaxıstan tərəfindən isə MaliyyəNazirliyinin səlahiyyətli şəxsləri iştirak ediblər.

Müzakirələrin nəticəsi olaraq Konvensiya layihəsinin vergitutmailə bağlı olan əksər müddəaları üzrə razılıq əldə olunub.Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçib və hər iki tərəfaçıq qalan maddələrin qısa müddətdə razılaşdırılması istiqamətindəsəylərin artırılması barədə razılığa gəliblər.

Səfər çərçivəsində Qazaxıstanın Milli Gəlirlər Komitəsininsəlahiyyətləri şəxsləri ilə “Transfer qiymətləri” mövzusunda fikirmübadiləsi də aparılıb. Müzakirələr zamanı transfer qiymətləri üzrəhər iki ölkənin təcrübələri nəzərdən keçirilib və gələcəkdə busahədə müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsirazılaşdırılıb.

Chosen
11
13
az.trend.az

10Sources