“Roma”nın hücumçusu Paulo Dibala A Seriyasında “Torino” ilə matçda (0:1) zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı futbolçu 1-2 həftə meydana çıxa bilməyəcək. 31 yaşlı futbolçu sol bud nahiyəsindən yüngül zədə diaqnozu qoyulub.
O, “Torino” ilə oyunda fasilədə əvəzlənib.
2025/26 mövsümündə Dibala üç matçda qol vura bilməyib.