EN

Papuaşvili: “Avropa İttifaqı Gürcüstan xalqına yuxarıdan baxmağı dayandırmalıdır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının (Aİ) səfiri və digər diplomatik nümayəndəliklərə müraciət edərək, Gürcüstan xalqına yuxarıdan baxmağı dayandırmağa çağırıb.

Papuaşvili jurnalistlərə açıqlamasında bildirib ki, Aİ vətəndaşlarının pulları ilə siyasi qətllərə çağırış edən və mərhum siyasətçi Levan Qaçeliadzenin ölümünə istehza ilə yanaşan şəxslər maliyyələşdirilir:

"Ortaya çıxıb ki, Aİ vətəndaşlarının pulu ilə siyasi qətllərə çağırış edən, insan ölümü ilə bağlı istehza edən şəxslər dəstəklənir. Ola bilsin, Aİ səfiri əvvəlcə bundan xəbərsiz idi, amma indi bilir və bu məsələdə susmaq daha böyük problemdir," - deyə Papuaşvili vurğulayıb.

O, Aİ-nin Gürcüstan xalqına demokratiya dərsi verməyə haqqı olmadığını qeyd edib:
"Gürcüstan gücsüz ölkə deyil. Tarixi təcrübəmiz göstərir ki, xalqımızı ən çox qıcıqlandıran məsələ ona yuxarıdan baxılmasıdır. Gürcüstan bəzi Avropa ölkələrini müxtəlif sahələrdə qabaqlayır. Ona görə də bizə demokratiya və qanunun aliliyi barədə dərs keçməyə ehtiyac yoxdur," - deyə o əlavə edib.

Papuaşvili Aİ səfiri Pavel Herçinskinin bu məsələ ilə bağlı açıq şəkildə cavab verməsinin vacibliyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
31
olaylar.az

1Sources