EN

8 ayda Azərbaycanın elektrikli avtomobil idxalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-avqust aylarında 1 412 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bu ilin 8 ayında ölkənin elektromobil idxalının dəyəri isə 44 milyon 289 min dollar olub. 2025-ci ilin yanvar-avqust aylarında elektromobil idxalı 2024-cü ilin eyni ayları müqayisədə miqdar baxımından 559 ədəd, dəyər ifadəsində isə 34 milyon 194 min dollar və ya 43,6% azalıb.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 1 971 ədəd, dəyəri 78,5 milyon dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
30
banco.az

1Sources