EN

Növbəti 4 il ərzində Azərbaycanda əhalinin gəlirləri və xərcləri artacaq

Bakı, 16 sentyabr, AZƏRTAC

2026-cı ildə Azərbaycanda əhalinin gəlirlərinin 97,4 milyard manat olacağı proqnozlaşdırılır.

AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, 2027-ci ildə əhalinin gəlirlərinin 105,3 milyard manata, 2028-ci ildə 113,4 milyard manata çatacağı gözlənilir.

Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirləri artaraq 2029-cu ildə 123,2 milyard manata, xərcləri isə 120,6 milyard manata qədər yüksələcək.

Gələn il üçün əhalinin xərcləri 95,5 milyard manat, 2027-ci ildə 103,3 milyard manat, 2028-ci ildə 111,2 milyard manat təşkil edəcək.

 

 

Chosen
31
4
azertag.az

5Sources