ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Əvvəllər şəhadətnamələr kağız daşıyıcıda təqdim olunurdu. Son bir neçə ildir bu sənədlər elektron formada verilir. Eyni zamanda, son illərdə aparılan rəqəmsallaşma siyasəti fonunda “myGov”a sənədi yerləşdirməsi vaxtı araşdırılır və araşdırma zamanı saxtalaşdırma hallarının şahidi oluruq”.
Globalinfo.az bildirir ki, bunu APA-nın sualına cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov brifinqdə deyib.
O qeyd edib ki, bəzi vətəndaşlar müraciət edərək şəhadətnamələrin şəxsi kabinetdə əks olunmadığını bildirirlər:
“Araşdırmalar nəticəsində isə məlum olur ki, təqdim edilən sənəd saxtadır. Saxta diplomlar illər əvvəl müəyyən şəxslər tərəfindən təqdim olunub. Nəticədə vətəndaş bu prosesin qurbanına çevrilib. Biz bu halları araşdırırıq və çox vaxt belə sənədlərin saxta olduğu tərəfimizdən müəyyən edilir. Bu baxımdan, rəqəmsallaşma saxta diplom və şəhadətnamələrin üzə çıxarılmasına və bu cür halların qarşısının alınmasına dəstək verir”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.