ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetini məhkəməyə verib.
Milli.Az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki hesabında məlumat verib.
Tramp qəzetini "sol-radikal Demokrat Partiyasının ruporu" və "ölkənin ən pis qəzetlərindən biri" adlandırıb.
Siyasətçi ailəsinə qarşı böhtan, həmçinin qəzetin 2024-cü il prezident seçkilərində onun rəqibi, o vaxtkı vitse-prezident Kamala Harrisi açıq dəstəkləməsini əsas gətirərək bu addımı atıb.
İsmayıl
Milli.Az