EN

Lerikdə 18 kəndin adının yazılışında hərf səhvi var

Lerikdə 18 kəndin adının yazılışında hərf səhvi var.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsində “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deputat Vasif Qafarov bildirib.

“Bir çox kənd adlarında bu və ya digər dərəcədə hərf səhvlərinə rast gəlirik. Təmsil etdiyim Lerik rayonunda 18 kəndin adında belə səhvlər. Bu səhvlərin aradan qaldırılması vacibdir. Küçə və digər yer adlarında Sovet dövründən qalma, bizə yad olan adlardan xilas olmalıyıq. Hesab edirəm ki, yerli bələdiyyələr bu işdə fəal olmalı və təşəbbüslərlə çıxış etməlidir” – deyə o qeyd edib.

Qeyd edək ki, müzakirə olunan qanun layihəsinə əsasən, prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Chosen
18
5
modern.az

6Sources