EN

Estoniya Rusiya ilə sərhəddə müdafiə qurğuları tikir

Yazını böyüt
Yazını kiçilt

Estoniyada Rusiya ilə sərhədə yaxın ərazidə sərhəd müdafiə qurğularının genişmiqyaslı tikintisinə başlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə ERR televiziya və radio yayımı məlumat yayıb.

Bildirilir ki, 2027-ci ilin sonuna qədər sərhəd yaxınlığında tank əleyhinə 40 kilometrdən çox xəndək, eləcə də 600-ə yaxın bunker hazır olmalıdır. Sərhəd hasarının və tank əleyhinə xəndəklərin yaxınlığında “əjdaha dişləri” və kəsici məftillər də quraşdırılacaq. Narva çayı və Çud (Peipus) gölü şərqdə və şimal-şərqdə təbii maneələr olduğu üçün Baltikyanı müdafiə zonasının bir hissəsi kimi tank əleyhinə xəndəklər əsasən cənub-şərq sərhədi yaxınlığında qazılacaq.

Sərhəd müdafiə zonasının təxminən 100 kilometr uzunluğunda və 40 kilometr enində yaradılması planlaşdırılır.

Chosen
13
1
hafta.az

2Sources