EN

Elmin Həsənov: İlin sonuna qədər bələdiyyələrin birləşdirilməsi prosesi yekunlaşacaq

BAKI, 16 sentyabr. TELEQRAF

"Bələdiyyələrin birləşdirilməsi və onların fəaliyyətinin optimallaşdırılması prosesi davam edir".

Teleqraf bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov deyib.

O qeyd edib ki, proses başa çatdıqdan sonra Ədliyyə Nazirliyi tərəfindən hökumətə məktubla müraciət ediləcək: “Həmçinin yeni yaradılan bələdiyyələrin nizamnaməsinin hüquqi aktların siyahısına daxil edilməsi üçün iş görülür. Bu ilin sonuna qədər prosesi yekunlaşdırmağı planlaşdırırıq. Eyni zamanda ilin sonuna qədər bələdiyyələrin birləşdirilməsi və nizamnamələrlə bağlı işlər də yekunlaşacaq”.

Chosen
17
1
teleqraf.com

2Sources