Naxçıvan Ali Məclisinin deputatı vətəndaşın xüsusi ittiham qaydasında cəzalanmasını istəyir.
Deputat Simuzər Yusifovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalanmasını tələb edib.
Bu gün Şərur rayon Məhkəməsində Əli Abbasovun xüsusi ittiham qaydasında şikayəti icraata götürülüb.
Məhkəmənin baxış iclası sentyabrın 22-ə təyin edilib.
Qeyd edək ki, məhkəmədə depuatat ittihamçı, S. Yusifova isə cavabdeh kimi təmsil olunacaq. Deputatın iddiası təmin edilərsə, qadın 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.