Olaylar.az ArbatMedia saytına istinadla xəbər verir ki, Çinin xarici işlər naziri Vanq Yi Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə üç saatlıq danışıqlar aparıb. Çin tərəfi malların tranzitini asanlaşdırmaq üçün Belarusla sərhədin açılmasını xahiş edib.
Lakin Polşa bundan imtina edib. Ölkənin Xarici İşlər Nazirliyi bağlanma qərarının "Moskva və Minskin destruktiv hərəkətləri" ilə bağlı olduğunu bildirib.
"Bu qərar bizim üçün də baha başa gəlir, lakin bu, lazım idi", - deyə nazirliyin sözçüsü Pavel Uronski bildirib.
Səlahiyyətlilər vurğulayıblar ki, keçidlər yalnız bağlanma səbəbləri aradan qalxdıqda açıla bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31