EN

UNEC əcnəbi tələbələrin marağının artması ən böyük uğurlarımızdandır Ədalət Muradov

525.az saytına istinadən ain.az xəbər verir.

"Azərbaycan Dövlət İqtisad Universitetiondə (UNEC) əcnəbi tələbələrin marağının artması ən böyük uğurlarımızdandır".

Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor bildirib ki, bu il UNEC-ə dünyanın 18 ölkəsindən - ABŞ, Türkiyə, Çin Xalq Respublikası, Malayziya, İndoneziya, Qazaxıstan, Rusiya, Ukrayna, Bolqarıstan, Belarus Respublikası, Gürcüstan, Əlcəzair, Keniya, Konqo, Maldiv, Mozambik, Somali,Tanzaniyadan 258 əcnəbi rələbə qəbul olub:

"Bu,  bir il ərzində UNEC-ə qəbul olmuş əcnəbilərin sayında indiyə qədər olan maksimum rəqəmdir. Ümumilikdə isə, UNEC-də oxumaq üçün müraciət edən əcnəbilərin sayı 444 nəfər olmuş və 186 əcnəbiyə imtina edilib".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
525.az

1Sources