EN

Azərbaycanda inflyasiya 4,2%-ə enəcək

Azərbaycan hökuməti 2026-2029-cu illərdə orta illik inflyasiyanın azalacağını proqnozlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat dərc edib.

Bildirilib ki, 2025-ci ilin sonuna ölkədə orta illik inflyasiya 5,4% təşkil edəcək.

Proqnozlara görə, 2026-cı ildə Azərbaycanda orta illik inflyasiya 4,8%-ə qədər enəcək.

Bildirlib ki, 2027-ci ildə orta illik inflyasiyanın 4,5%, 2028-ci ildə – 4,3%, 2029-cu ildə isə – 4,2% səviyyəsində olacağı gözlənilir.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2% təşkil edib.

Chosen
7
6
konkret.az

8Sources