EN

Sumqayıtda avtobuslar toqquşdu: Xəsarət alanlar var – FOTO

Sumqayıt şəhərində iki avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Sülh prospektində qeydə alınıb.

12 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus şirkətlərin birinə məxsus sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdırma aparılır.





Bizim.Media

Chosen
26
11
bizim.media

10Sources