EN

Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat alıb.
Oxu.Az xəbər verir ki, Ə.Ağayev "Kopenhagen" (Danimarka) və "Bayer Leverkuzen" (Almaniya) komandaları arasında keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 18-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Chosen
33
1
oxu.az

10Sources