
ABŞ Prezidenti Donald Tramp gələn həftə Nyu Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər.
Yeniavaz.com “Sky News” telekanalına istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Təl-Əvivə səfərindən əvvəl deyib.
Onun sözlərinə görə, liderlər arasında danışıqlar Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində baş tuta bilər.