EN

İrəvandan son dəqiqə açıqlaması: Sülh müqaviləsi bu tarixdə imzalana bilər

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycanla sülh müqaviləsinin 2025-ci ilin sentyabrında imzalanacağına ümid etdiyini bildirib.

"Cebheinfo.az" musavat.com-a istinadən xəbər verir ki, o, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində açıqlayıb.

"Ümid edirəm ki, Ermənistan və Azərbaycan sülh müqaviləsini 2026-cı ilin birinci yarısında deyil, 2025-ci ilin sonunda və ya sentyabr ayında imzalayacaqlar", - Rubinyan deyib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla Azərbaycan arasında sazişin 2026-cı ilin birinci yarısında imzalanmasının gözlənildiyini bildirib. O, bu addımdan sonra Ankaranın İrəvanla münasibətləri tez bir zamanda normallaşdıracağını vurğulayıb.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra üç ölkə lideri yeddi bəndlik bəyannamə imzalayıb.

"Cebheinfo.az"

Chosen
29
5
cebheinfo.az

6Sources