EN

"Qəbiristanlıqlar tədricən bələdiyyələrə verilməlidir" - Deputat

Yazını böyüt
Yazını kiçilt

Dərman vermək üçün bələdiyyənin qərarını gözləmək lazımdır. Bu da ayda 1 dəfə olur. Bələdiyyə sədrinə əlavə səlahiyyətlər verilməlidir. Bəzən az təminatlı ailədən kimsə vəfat edir, o, 1 ay gözləyə bilməz.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsində “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Siyavuş Novruz deyib.

O qeyd edib ki, qəbiristanlıqlar tədricən bələdiyyələrə verilməlidir:

"Nümunəvi qəbiristanlqıların yaradılması ilə bağlı məsələ qaldırmışdıq. Bizdə özəl qəbiristanlıq və ya qəbiristanlıqların digər formaları yoxdur. Buna görə də bələdiyyəyə müxtəlif öhdəliklər verilməlidir. Məsələn xeyir-şər evlərinin tikilməsi və sair. Bu bələdiyyə ilə əhalinin münasibətlərini də tənzimləyəcək”.

Chosen
34
1
hafta.az

2Sources