EN

Üç il öncə “yoxa çıxan” Anar Kərimov Şuşada peyda oldu

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada İSESKO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul edib. Pravda.az globalinfo.az-a istinadla xəbər verir ki, sözügedən görüş çərçivəsində çəkilən şəkillərdə sabiq mədəniyyət naziri Anar Kərimov da yer alıb.

 

22 dekabr 2022-ci il tarixində mədəniyyət naziri vəzifəsindən azad edilən Anar Kərimov uzun müddətdir görünmürdü.

 

Məlumata görə, o, 2023-cü ilin mayından İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (İSESKO) Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun müdiri vəzifəsində çalışır.

Tarix: 16 Sentyabr 2025, 14:00   
Chosen
5
13
pravda.az

10Sources